​Gürcüstan-Türkiyə sərhədindəki “Sarp” keçid məntəqəsi bağlanır

Baxış sayı:
241

Gürcüstan ilə Türkiyə arasındakı “Sarpi” sərhəd-keçid məntəqəsi noyabrın 13-dən 15-dək fasilələrlə işləyəcək.
Muxalifet.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb. Bildirilir ki, sərhəd-keçid məntəqəsində fasilənin yaranması Türkiyə tərəfində aparılan təmir-bərpa işləri ilə əlaqədardır. Qeyd edilən tarixlərdə hər gün saat 12:00-dan 15:00-dək sərhəd-keçid məntəqəsində iş tam dayandırılacaq. Məhdudiyyət həm piyada, həm də avtomobil keçidlərində tətbiq olunacaq.
Sərhəd-keçid məntəqəsi təmir işləri başa çatandan sonra tam fəaliyyətə başlayacaq.