Gürcüstan seçkiləri və Fransanın MARAQLARI – Qonşu ölkədən Azərbaycan və Türkiyəni hədəfə alan siyasət...

Baxış sayı:
10432

Bəlli olduğu kimi, Gürcüstanın yeni prezidenti Salome Zurabişvili uzun illər Fransa Xarici İşlər Nazirliyində yüksək çinli məmur olmuşdur. Daha sonra qəflətən Ata yurdunu xatırlayaraq, 10 il öncə Gürcüstanda qurduğu partiyanın başına keçdi. Daha sonra, ötən ilə qədər vaz keçə bilmədiyi Fransa vətəndaşlığından çıxıb, Gürcüstan vətandaşı olaraq seçkilərə qatıldı və qalib oldu. Fransızlar Gürcüstana böyük maraq göstərirlər. Səbəblərindən biri Fransanın iqtisadi gücü olan şərabdır! Bəli, dünya şərab bazarına hakim olan Fransa bu mövzuda Gürcüstanın özünü zəiflədəcəyindən ehtiyat edir və Batumi sahillərinin rekreasiya və park salınma işlərini “təmənnasız” görüb, qarşılığında Gürcüstanda ev şəraitində düzəldilən şərabları toplatdırır. İndi bu xanım sayəsində üzüm bağlarına və şərab emalı müəssisələrinə hökm edəcək. Digər bir səbəb isə Gürcüstanın sərhəd qonşusu olan Ermənistana duyulan sevgi və simpatiyalarıdır. Yəni Gürcüstan erməni politikasında Fransanın jandarmı olacaq! Boru xətləri, BTQ kimi projelərdə ortaq olan Gürcüstan sayəsində Qafqazda artıq Fransanın bir əli olacaq. Rusya və Türkiyə bu durumda nə etməlidir? Türk xarici siyasəti BTQ və boru xətti ilə şərik olduğu Gürcüstana təmkinli davranaraq, Azərbaycan və Türkiyənin maraqlarını tavizsiz və balanslaşdırılmış siyasəti ilə üst səviyədə tutmalıdır. Tərəflər arasında “qarşılıqlı qazan” siyasəti davam etməlidir. Rusya AB ölkələrinə təmkinli davranır. Səbəbi isə həmişə işğal edilmə qorxusudur. Yəni ABŞ-a qarşı zaman içində yavaş-yavaş məğlub olmaq tendensiyası mövcuddur. Düzünü demək lazımdır ki, ABŞ xarici siyasəti həm planlama və strategiya, həm uyğulama yolları mövzusunda qiyas olunmayacaq bir dərinliyə və bacarığa sahibdir. “Game in Game” olan strategiyalarında toplumların alqısını zamanla yönlədirərək, eyni cəmiyyəti idarə edə bilirlər. Rusya bu mövzuda daha primitiv şəkildə çalışır. Yəni elm çağına çatmış bir nəhəng ilə sənayi çağında qalmış bir nəhəngin yarışında cəmiyyət iradəsini yanına alan tərəf, əlbəttə, qazanacaq. Rusiya bu məğlubiyyəti yaşamamaq üçün keçmişdəki “dəmir pərdə” siyasəti ilə qapalı, qatı və geriya addım atmayan bir tutum izləyərək, düz cənub-qərbindəki Gürcüstana Kırım və ya Ukrayna taktikası tətbiq edə bilər. Çünkü təxminən on il qabaq Osetya olaylarında Amerikanın tutduğu mövqeni unutmamışdır. Buna qarşılıq AB ölkələrinin izlədiyi yol isə yavaş-yavaş AB üzvlüüyü ilə Gürcüstan kimi ölkələri mental və siyasi olaraq Rusya birliyindən qopartmaqdır. Zaman içində hamımız bərabər görəcəyik. TADEF Sədr müavini, Volkan Aydemir