Gürcüstan Sadaxlıda Ermənistan vətəndaşını saxladı

Gürcüstana 10 tondan çox diri xərçəng və bir ton hissə verilmiş balığı qanunsuz keçirən Ermənistan vətəndaşı saxlanılıb.
 
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin verdiyi məlumata görə, qaçaqmal Ermənistanla sərhəddə yerləşən “Sadaxlı” gömrük-keçid məntəqəsində aşkar olunub.
Müvafiq sənədlərdə Ermənistan vətəndaşının meyvə daşıdığı qeyd olunsa da, gömrükçülər yük maşınının soyuducu kamerasında xərçəng və balıq aşkar ediblər.
Məhsulun gömrük dəyəri 35 310 lari təşkil edir.
Faktla bağlı cinayət işi açılıb. Təqsirləndirilən şəxsi 5 ildən 7 ilədək həbs cəzası gözləyir.