Gürcüstan- Rusiya sərhəddində dava - ERMƏNİ SÜRÜCÜ XƏSARƏT ALDI

Baxış sayı:
82

Gürcüstanın Rusiya ilə sərhəddində dava olub, erməni sürücünün əli sınıb.

Erməni KİV-in yazdığına görə, bu barədə Ermənistanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, dava Rusiya sərhəddinə yaxın qəsəbə ərazisində məişət zəmnində Ermənistana gedən iki yük maşını sürücüsü ilə naməlum şəxslər arasında baş verib.

Hadisə zamanı erməni sürücüdən birinin əli sınıb. Ona tibbi yardım göstərilib və yük maşını Ermənistana aparılıb.

Azvision.az bildirir ki, Ermənistan səfirliyi insidentlə bağlı Gürcüstan DİN-ə məlumat verib.