Gürcüstan-Rusiya sərhəd-keçid məntəqəsinə gedən magistral bağlanıb

Baxış sayı:
1917

Gürcüstan ilə Rusiya arasındakı "Kazbek-Yuxarı Lars" sərhəd-keçid məntəqəsinə gedən avtomobil magistralı yanvarın 6-da səhər saatlarında bağlanıb. Buna səbəb qarın aramsız yağması və dağlıq ərazilərdə qar uçqunu təhlükəsinin yaranmasıdır.

Muxalifet.az AZƏRTAC-a istinadən bildirir ki, Gürcüstanın Regional İnkişaf Nazirliyinin Avtomobil Yolları Departamentindən bildiriblər ki, güclü qar səbəbindən Mtsxeta-Stepantsminda-Lars avtomagistralının Qudauri-Kobi hissəsində də avtomobillərin hərəkətinə qadağa qoyulub.

Bundan başqa, magistralın Mleta-Qudauri hissəsində də avtomobillərin dayanmasına icazə verilmir.

Yollarda Dövlət Yol Polisinin post-patrul xidmətinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.

Yolun nə vaxt açılacağı hələlik məlum deyil.