Gürcüstan proporsional seçki sisteminə keçir

Baxış sayı:
256

Bu gündən Gürcüstan parlamentində sıfır baryerli proporsional qaydada seçki sisteminə keçidi nəzərdə tutan konstitusiya dəyişikliklərinin müzakirəsinə başlanır.

APA-nın yerli bürosu xəbər verir ki, cari sessiya həftəsinin gündəliyində dəyişiklərlə bağlı iki layihə var. Bunlardan biri hakim “Gürcü arzusu” partiyası, digəri isə müxalifət partiyaları tərəfindən hazırlanıb.

Müzakirələrin müxalifətin hazırladığı və 2024-cü ildən 3% bariyerin altında seçkilərin keçirilməsini, seçki bloklarının birləşməsini nəzərdə tutan qanun layihəsinin müzakirəsi ilə başlayacağı bildirilib.

Qeyd edək ki, 2020-ci ildə Gürcüstanda proporsional qaydada parlament seçkilərinin keçirilməsi Tbilisidə bu ilin 20-21 iyun tarixlərində başlayan və bir aydan çox davam edən mitinqlərin əsas tələblərindən olub. Məsələ ilə əlaqədar konstitusiya dəyişiklikləri cari ilin sentyabr ayında ictimai müzakirəyə çıxarılıb. Gürcüstan parlamentinin sədri Arçil Talakvadzenin rəhbərlik etdiyi Təşkilat Komissiyası 13 sentyabrdan 30 sentyabradək ölkə daxilində ümumilikdə 11 açıq iclas keçirib.

Dəyişikliklərin təşəbbüskarı 93 parlament üzvüdür. Konstitusiyaya ediləcək düzəliş üçün 150 deputatdan 113-nün razılığı tələb olunur.