Gürcüstan prezidentinin oğlu evləndi - FOTOLAR

Baxış sayı:
1897

Gürcüstan prezidenti Salome Zurabişvilinin oğlu Teymuraz Qorcestani evlənib.

“Gürcüstan KİV-i xəbər verir ki, bu barədə prezidentin özü sosial şəbəkədə paylaşım edib. Teymuraz Parisdə Konstansa adlı xanımla ailə qurub. O, öz toyunda milli Qafqaz geyimində olub və gürcü ənənələri ilə evlənib.

Qeyd edək ki, Teymuraz Zurabişvilinin iranəsilli həyat yoldaşıyla ilk nikahından dünyaya gəlib. O, Nyu-Yorkda yaşayır və BMT-də işləyir. Prezidentin Ketevan adlı bir qızı da var. O isə Fransada jurnalistdir.(qafqazinfo)