Gürcüstan prezidentinin gəlirləri və əmlakı açıqlandı

Baxış sayı:
5788

Gürcüstan prezidenti Salome Zurabişvilinin gəlirləri və əmlakı açıqlanıb.
Gürcüstan KİV-ləri xəbər verir ki, 2018 ci ilin bəyannaməsinə əsasən, Salome Zurabişvili il ərzində Fransa yığcamlı pensiya məvacibindən 39,847,55 avro qazanır. Bu da, təxminən ayda 3 320 avroya bərabərdir.
Məhz Fransa pensiyasına arxalanaraq xanım Zurabişvili Gürcüstan prezidentliyinin 13 000 larilik aylıq maaşından imtina edib.
Fransa pensiyasından başqa Salome Zurabişvilinin 2018 ci il gəlirləri aşağıdakılardan ibarətdir:     
Gürcüstan Prezidenti postunda (16.12.2018-ci ildən 31.12.2018-ci ilədək) - 2 891.42 lari.
Gürcüstan Parlamentinə üzvlük ərzində (01.01.2018-ci ildən 16.12.2018-ci ilədək) -  55 128 lari;
Bina kirayə vermək yolu ilə - 29 000 avro.             
 
Daşınan və daşınmaz əmlakı     
 
Fransanın paytaxtında ev 60 kv.m;            
Tbilisidə yaşayış evi - 126,33 kv.m;  
Tbilisi torpaq ərazisi 235 kv.m
2016 cı ildə 17 000 dollar dəyərində Hyundai 2012 avtomobili alıb. 
 
Banklarda olan pul hesabları:
 
"Societe generale Paris"də aktiv olan hesabı 8 394.64 avro;         
Gürcüstan bankı 35 594 dollar;                         
Gürcüstan bankı qüvvədə olan maaş hesabında 9 016.46 lari;         
Gürcüstan bankı aktiv hesabda 2 811 avro.