Gürcüstan prezidenti xələfinə çağırış etdi

Baxış sayı:
7174

Rusiya Gürcüstana qarşı ən böyük təhlükə olaraq qalır.

Muxalifet.az yerli KİV-ə istinadən bildirir ki, bunu Gürcüstan prezidenti Georgi Marqvelaşvili Tiflisdə keçirilən beynəlxalq forumda çıxışı zamanı deyib.

“Bizim üçün əsas təhlükə Rusiyadır. Onlar hələ 1990-cı illərdə Gürcüstanın ərazi bütövlüyünü pozdular və 2008-ci ildə də bu fəaliyyətlərini davam etdirdilər”, - Marqvelaşvili bildirib.

Rusiyanın Gürcüstanın seçdiyi Avroatlantik inteqrasiya kursunun əleyhinə çıxış etdiyini bildirən prezident ölkəsinin bu xarici siyasət xəttinin dəyişilməz olaraq qaldığını açıqlayıb: “Mən yaxın vaxtlarda seçilməsi nəzərdə tutulan yeni prezidentə bütün beynəlxalq platformalarda Rusiyanın Gürcüstana hücum etdiyini və buna heç cür bəraət qazandıra bilməyəcəyini xatırlatması barədə çağırış edirəm”.