​Gürcüstan prezidenti etiraz olaraq parlamentin iclas zalını tərk etdi

Baxış sayı:
6038

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili "sual-cavab" rejimində deputatlarla müzakirə aparılmasına imkan verilmədiyinə görə parlamentin zalını tərk edib.
 
Bu barədə "RİA Novosti" xəbər verir.
Parlamentin iclası Gürcüstan teleşirkətləri tərəfindən yayımlanıb.
Prezident parlamentdə illik hesabatla çıxış edib. Onun çıxışı qısa olub və əsasən, hakimiyyət orqanlarına tənqid xarakteri daşıyıb. Prezidentin çıxışından sonra deputatlar tribunaya suallar ünvanlayıb. Amma reqlamentə əsasən, Marqvelaşvili bu sualları yalnız bütün parlamentarilərin çıxışından sonra cavablandıra bilərdi. Belə olduğundan dövlət başçısı parlamentin sədrindən ona "sual-cavab" rejimində sulları cavablandırmaq imkanı verilməsini xahiş edib, lakin imtina ilə qarşılaşıb.
Bundan sonra o, deputatlarla müzakirəsinə imkan verilmədiyi iclasa qatılmayacağını bildirib.