Gürcüstan paytaxtında 18-ci etiraz aksiyası keçirilir

Baxış sayı:
3394

Gürcüstanın daxili işlər naziri Giorgi Qaxarianın istefası tələbi ilə Tbilisidə növbəti aksiya keçirilir.
Parlament binası qarşısında təşkil olunan aksiya sayca 18-cidir. Bugünkü aksiyada tribuna şair və yazıçılara verilib.
Təşkilatçılar tələbləri yerinə yetirilməyənə qədər dinc aksiyaları davam etdirəcəklərini bildiriblər./Report