Gürcüstan Parlament sədrindən Abxaz və Osetinlərə ÇAĞIRIŞ: " O gün gələcək və GÜRCÜSTAN BİRLƏŞƏCƏK"

Baxış sayı:
304

"Mən abxaz bacı və bacılarımıza, işğal olunmuş ərazilərimizdə, Tsxinvalidə yaşayan bütün həmvətənlərimizə müraciət edirəm: istənilən vaxt, həftə, gün və ya gecə, hər zaman tibbi və ya digər xidmətlərə ehtiyacı olan hər kəsə kömək etməyə hazırıq” - deyə Gürcüstan Parlamentinin sədri Archil Talakvadze bəyanat verib.

Muxalifet.az bu barədə aspny.ge saytına istinadla xəbər verir.

“Biz daha yaxşı bir gələcəyə addım” təşəbbüsü ilə çıxış etmişik, burada da maneəsiz iş, təhsil, səyahət, sosial və tibbi proqramlar təklif edirik. Bu, bizim həmvətənlərimizə olan münasibətimizdir, bu münaqişələrin gələcəkdə necə həll olunacağı və Gürcüstanın ərazi bütövlüyünü bərpa etməsi barədə siyasi baxışımızdır. De-fakto hakimiyyət orqanlarının və işğalda məsuliyyət daşıyan Rusiya Federasiyasının nümayəndələrinə gəldikdə isə, onların insanlara münasibəti qanunsuz həbslər, adam oğurluğu və qətl hadisələrində özünü büruzə verib. Biz faciəli Tatunaşvili, Otxozoriya hadisəsini xatırlayırıq. Biz buna mövqeyimizi bildirdik və bu mövzular daim gündəmdə olacaq", - Talakvadze deyib.

Parlament sədrinin fikrincə, vaxt gələcək, Rusiyanın Gürcüstanda yaratdığı qanunsuz sərhədlər divarı qarşısıalınmaz şəkildə dağılacaq.
"Bu yaxın günlərdə yaşlı insanın tibbi yardım almalarına icazə vermədilər, xəstələrindən birinə hələ də bu imkan verilməyib, bu onların insanlara və insan haqlarına münasibətindən xəbər verir. Bu, işğal olunmuş ərazilərdə real vəziyyətin necə olduğunu bir daha göstərir. Bu uzun davam edə bilməz.
Berlin Divarı necə vaxtı gələndə dağıldısa, zaman gələcək, Rusiya Federasiyasının Gürcüstanda qurduğu qeyri-qanuni divarlar da qaçılmaz şəkildə dağılacaq və Gürcüstan birləşəcək", - deyə Archil Talakvadze bildirib.

Muxalifet.az