Gürcüstan ombudsmanı azərbaycanlılara müraciət etdi

Baxış sayı:
1354

Gürcüstan ombudsmanı Nino Lomcaria Marneuli və Bolnisidə tətbiq olunan ciddi karantin rejimi ilə bağlı yerli sakinlərə müraciət edib.

Muxalifet.az xəbər verir ki, Ombudsman vətəndaşlara narahat olmamağa çağırıb:

Lomcaria bildirib ki, bu prosesə maksimal dərəcədə qoşulacaq və eyni zamanda yaranmış vəziyyətdə insanların ehtiyaclarının aşkar olunmasının və hüquqlarının qorunmasının monitorinqini həyata keçirəcək.

"Köməyə ehtiyacınız olarsa, istənilən məsələ ilə bağlı Gürcüstan Xalq Müdafiəçisinin qaynar xətti ilə 24 saat ərzində əlaqə saxlaya bilərsiniz, qaynar xətt nömrəsi – 1481;
Eyni zamanda azərbaycan dilində məsləhət almaq üçün bizim əməkdaşımız Murad Hüseynovla - 591 70 10 73 nömrəsi ilə, erməni dilində məlumat almaq üçün isə Andranik Bağdasaryanla - 595 80 78 44 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz", - deyə mürcaiətində qeyd edib.