Gürcüstan müxalifəti Tiflisdə mitinq keçirir

Baxış sayı:
534

Gürcüstanın müxalifət partiyaları Tbilisidə parlament binası qarşısında mitinq keçirir.

“Report”un yerli bürosu xəbər verir ki, mitinqdən öncə iştirakçılar "Azadlıq" şüarı altında yürüş ediblər.

Aksiyada müxalif Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliyanın azad edilməsi və növbədənkənar parlament seçkiləri tələb olunur.