​Gürcüstan MSK parlament seçkilərinin yekun nəticələrini açıqladı

Gürcüstan parlamentinə şənbə günü keçirilən seçkilərlə əlaqədar 100%  səslər hesablanıb.
Bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatında bildirilir.
Beləliklə, yeni parlamentdə hakim “Gürcü arzusu” (48,8%), sabiq prezident Mixail Saakaşvilinin  lideri olduğu “Vahid Milli Hərəkat” Partiyası (27,1%) və “Vətənpərvərlər Alyansı” (5,006%) təmsil olunacaqlar.
Qeyd edək ki, Gürcüstanda keçirilən parlament seçkilərində 19 partiya iştirak edib. Gürcüstan parlamentinin dəqiq tərkibi bir çox birmandatlı dairələrdə keçirilən ikinci turdan sonra məlum olacaq.