Gürcüstan İŞİD-lə əlaqədə şübhəli bilinən şəxsi Rusiyaya təhvil verdi

Baxış sayı:
8989

Gürcüstanın ədliyyə naziri Tea Tsulukiani terrorçuluq fəaliyyətində, İŞİD-lə əməkdaşlıqda günahlandırılan Ramazan Əhədov adlı şəxsi Rusiyaya təhvil verdiklərini açıqlayıb.

“Report” xəbər verir ki, nazir həmin şəxsə qarşı İŞİD üçün adam toplamaq, 2013-2015-ci illər ərzində bu təşkilat tərəfindən döyüşlərdə iştirak etməklə bağlı ittihamlar irəli sürüldüyünü bildirib.