​Gürcüstan irimiqyaslı kiberhücuma məruz qalıb

Baxış sayı:
5569

Gürcüstanın Mülki aviasiya agentliyinin serverləri irimiqyaslı kiberhücuma məruz qalıb.
Muxalifet.az “Sputnik-Qruziya”ya istinadən xəbər verir ki, virtual cinayətkarlar sistemə müdaxilə edərək, məlumat bazası və daxili proqrama ziyan vuran virus yeridib.
Agentliyin direktor müavini Levan Karanadze cinayətkarların motivinin şantaj yolu ilə (kriptovalyuta şəklində) pul qoparma olduğunu istisna etməyib.
Rəsminin sözlərinə görə, virus sistemdən heç bir faylı silməsə də, məlumat bazasını tamamilə dondurub.
Karanadze hücumun aviareyslərin işində hər hansı pozuntu yaratmadığını əmin edir.