​Gürcüstan ikinci ildir "Oscar"a film göndərir

Gürcüstan Amerika Film Akademiyasının təşkil etdiyi 89-cu film festivalında bu il də iştirak edəcək. Gürcü Milli Film Mərkəzi uzun müzakirələrdən sonra 2017-ci ildə xarici dildə ən yaxşı film nominasiyasında Oscar mükafatına namizəd kimi Rusudan Glurjidzenin “Başqalarının evi” filmi göndərəcəyini öz facebook səhifəsində açıqlayıb.
Rusudan Glurjidzenin debüt filmi olan “Başqalarının evi” 90-cı illərdə Gürcüstanda başlamış vətəndaş müharibəsində etnik təmizləmə zəmnində sahibi qaçmış bir evin iki ailə tərəfindən zəbt edilməsi və o evdə heç cür xoşbəxt yaşaya bilməmələrindən bəhs edir. Film keçən ay Karlovy Vary film festivalının baş mükafatını qazanıb. Bu mükafat həm də Şərqi Avropan və keçmiş Sovet ölkələrindən olan rejissora verilən ilk mükafatdır.
Glurjidzenin filmində gürcü, abxaz, erməni, azərbaycanlı, ruslarla bərabər “Oscar” mükafatı almış “Heç kimin torpağı” filminin ulduzu Branko Djuricdə oynayır. Film Gürcüstan, Rusiya, Fransa və Xorvatiyanın kinoşirkətlərinin birgə istehsalıdır.
Xatırladaq ki, Gürcüstan 2015-ci ildə də “Oscar” mükafatına “Xarici dildə ən yaxşı film” nominasiyasında Levan Tutberidzenin sosial dramı “Moyra” filmini yollamışdı. Lakin film festivalın uzun siyahısına düşməmişdi. Glurjidzenin filminin “Oscar” alıb almayacağı 2017-cı ilin 26 fevralında bilinəcək.