​Gürcüstan idxal etdiyi təbii qazın 97%-ini Azərbaycandan alıb

Baxış sayı:
4510

Bu il aprel ayında Gürcüstan Azərbaycandan 177 mln. kubmetr təbii qaz idxal edib. 
"Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə qonşu ölkənin builki təbii qaz balansında bildirilir.
Ötən ay Gürcüstanın aldığı qazın 97%-i Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) və "Şahdəniz” Konsorsiumunun, dolayısı ilə Azərbaycanın payına düşüb.
Hesabat ayında Gürcüstan Rusiyadan cəmi 6 mln. kub metr qaz alıb ki, bu da aylıq "mavi yanacaq" istehlakının təxminən 3%-ni təşkil edib. Bu, 2017-ci ilin dekabr ayından bəri Gürcüstanın Rusiyadan ilk qaz idxalı olub. 2019-cu il üzrə təbii qaz balansı layihəsinə əsasən, qonşu ölkənin bu ilin sonuna qədər Rusiyadan qaz alması nəzərdə tutulmayıb.