Gürcüstan hökumətində gözlənilməz istefa

Baxış sayı:
23792

Gürcüstanın hökumət administrasiyasının aparat rəhbəri Giorgi Çoladze istefa verib.

Muxalifet.az “Report”a istinadən xəbər verir ki, bu barədə G.Çoladze “Facebook” səhifəsində yazıb.

O, bu gün hökumət administrasiyasının aparat rəhbəri vəzifəsində sonuncu iş gününün olduğunu bildirib.

Qeyd edək ki, qonşu ölkənin hökumət administrasiyasının aparatı strukturu ötən ilin iyulunda yaradılıb. Baş nazirin aparatına ictimaiyyətlə əlaqələr, protokol və xarici əlaqələr üzrə şöbələr tabedir.