​"Gürcüstan hava yolları"ndan Rusiya ilə bağlı - Açıqlama

Baxış sayı:
3547

Rusiyaya uçuşlar qrafikə uyğun olaraq normal qaydada davam etdirilir.
Muxalifet.az xəbər verir ki, bu barədə “Gürcüstan hava yolları” aviaşirkətinin yaydığı məlumatda bildirilib.
Milli aviadaşıyıcı Gürcüstana səfər etmək istəyən sərnişinlərə müraciət edib:
“Sizi turizm mövsümündə Gürcüstana səfər etməyə dəvət edirik. “Gürcüstan hava yolları” sizin təhlükəsiz və rahat birbaşa uçuşlarınızı təmin edəcək”.
Qeyd edək ki, ötən gün Rusiya Prezidenti V.Putin yerli aviaşirkətlərə iyulun 8-dən etibarən Gürcüstana uçuşlar həyata keçirməyi qadağan edən qərar qəbul edib.
“Gürcüstan hava yolları” şirkəti Tiflisdən Rusiyanın Moskva, Sankt-Peterburq, Kazan, Mineralnıe vodı, Voronej və Ufa şəhərlərinə birbaşa uçuşlar həyata keçirir. Bu şirkətlə yanaşı Gürcüstanın “My way airlines” şirkəti də Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərinə uçuşlar yerinə yetirir. Bu arada Gürcüstanın aviaşirkətlərinə Rusiyaya uçuşların dayandırlması ilə bağlı xəbərdarlığın iyunun 24-də təqdim olunacağı gözlənilir.