​Gürcüstan hakimiyyəti Avaqyanın heykəlini götürməyə qərar verdi – ERMƏNİLƏR ETİRAZA QALXDI

Baxış sayı:
2908

Gürcüstan hakimiyyəti Axalkalaki rayonunun Buğaşen kəndində erməni terrorçusu Mixail Avaqyana qoyulan abidənin götürülməsinə qərar verib.
Muxalifet.az xəbər verir ki, bu barədə Gürcüstan hakimiyyətindəki mənbələrə istinadən sosial şəbəkələrdə xəbər yayılıb.
Məlumata görə, hakimiyyətin bu qərarı artıq Axalkalaki rayonunda yaşayan ermənilər tərəfindən etiraza səbəb olub.
Xəbər verdiyimiz kimi, dünən Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında Dağlıq Qarabağ separatçısı Mixail Avaqyana büstün qoyulmasına etiraz olaraq azərbaycanlıların və gürcülərin birgə etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları büstün dərhal sökülməsini tələb ediblər.
Xatırladaq ki, yanvarın 20-də Gürcüstanın Axalkalaki rayonunun Buğaşen kəndində erməni terrorçu Mikael Avakyanın abidəsinin açılışı olub. Dağlıq Qarabağ münaqişəsi zamanı azərbaycanlı mülki əhaliyə qarşı qəddar davranışları ilə tanınan, ağır müharibə cinayətləri törətmiş M.Avaqyan 1994-cü ildə Füzuli rayonunun Horadiz qəsəbəsi yaxınlığında Azərbaycan Ordusu tərəfindən məhv edilib. 
Erməni separatçıya abidənin qoyulması etirazlara səbəb olub.

Muxalifet.az