Gürcüstan DİN-i jurnalist Əfqan Muxtarlı ilə bağlı bəyanat yaydı

Gürcüstan Daxili İşlər Nazirliyi azərbaycanlı jurnalist Əfqan Muxtarlı ilə bağlı bəyanat yayıb.
 
Nazirlik hazırda bu məsələ ilə bağlı araşdırma aparıldığını açıqlayıb: “Əfqan Muxtarlının işi ilə bağlı hazırda Daxili İşlər Nazirliyində Cinayət Məcəlləsinin 143-cü maddəsi üzrə araşdırma başlanıb. Bu maddə “azadlığı qeyri-qanuni məhdudlaşdırma” ilə bağlıdır”.
DİN bəyan edib ki, paralel olaraq Azərbaycan tərəfi ilə kommunikasiya aparılır. İşin faktik tərəfləri müəyyən olunan kimi əlavə məlumat açıqlanacaq.