Gürcüstan Azərbaycanla sərhəddə əlavə karantin zonası yaradır

Baxış sayı:
1576

Gürcüstan hökumətinin qərarı ilə ölkənin quru sərhəd-keçid məntəqələri yaxınlığında əlavə karantin zonaları yaradılacaq.

“Report” bildirir ki, bu barədə Gürcüstan Baş nazirinin mətbuat katibi İrakli Çikovani məlumat verib.

Onun sözlərinə görə, əlavə karantin yerləri “Lars”, “Qırmızı körpü” və “Sarp” sərhəd-keçid məntəqlərinə yaxın ərazilərdə təşkil olunacaq.

İ.Çikovani qeyd edib ki, bu, koronavirusla bağlı vəziyyəti daha yaxşı idarə etməyə imkan verəcək.