Gürcüstan-Azərbaycan sərhədindəki insidentlə bağlı istintaq başladı

Baxış sayı:
7354

“Gürcüstan-Azərbaycan sərhədində baş verən insidentlə bağlı istintaq aparılır”. Muxalifet.az-ın “Report”a istinadən xəbərinə görə, bunu Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiyanın həmsədri, Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsalia bildirib. O, bu cür halların xoşagəlməz olduğunu deyib: “Hazırda xəsarət alan şəxsin həyatına heç bir təhlükə yoxdur”. Nazir müavini məsələ ilə bağlı indiki mərhələdə əlavə şərhin verilməsinə ehtiyacın olmadığını deyib.