​Gürcülər Rusiyanı ABŞ-dan güclü hesab edir

Baxış sayı:
614

Gürcülər Rusiyanı ABŞ-dan hərbi baxımdan daha güclü hesab edirlər.
Muxalifət.az xəbər verir ki, bu nəticə Milli Demokratiya İnstitutunun keçirdiyi sorğudan sonra ortaya çıxıb. Sorğuya əsasən, əhalinin 41%-i Rusiyanı, 36%-i isə ABŞ-ı güclü hesab edir.
Bundan başqa, gürcülərin 72%-i ölkənin AB-yə üzvlüyünü dəstəklədiyini bildirib. Ölkə əhalisinin yalnız 26%-i ölkənin doğru istiqamətdə inkişaf etdiyini vurğulayıb. 39% şəxs isə Tiflisin doğru istiqamətdə inkişaf etmədiyini söyləyib.