​Gürcü rəsmilər rus mayonezinin reklamında - Gərginlik

Baxış sayı:
4789

Gürcüstan Müdafiə Nazirliyi, Vergi Dairəsinin və Prezident Administrasiyasının mətbuat xidmətinin rəhbərlərinin“Sloboda” mayonez reklamına çəkilməsi dövlət səviyyəsində müzakirələrə səbəb olub.
Muxalifet.az xəbər verir ki, Gürcüstanın “Siti” jurnalındakı reklam tənqidlərdən dərhal sonra yayımdan qaldırılıb.
Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Nino Tolordava çəkilişlərin reklam xarakteri daşıdığını bilmədiyini və “Sloboda”nı Ukrayna brendi zənn etdiyini, heç vaxt rus məhsulu almadığını deyib.
Gürcüstan Vergi Dairəsinin və Prezident Administrasiyasının mətbuat xidmətinin rəhbərləri Hatiya Moistrapişvili və Eka Mişveladze də açıqlama verərək, məhsulun Rusiya istehsalı olduğunu bilmədiklərini söyləyiblər.