Gürcü Patriarxlığından mübahisəli komplekslə bağlı daha bir açıqlama: "Prosesdə fəal iştirak edəcəyik"

Baxış sayı:
5020

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Gürcüstan Patriarxlığında görüş keçirib.
Muxalifet.az report-a istinadən xəbər verir ki, bunu Patriarxlığın Mətbuat xidmətinin rəhbəri Andria Caqmaidze deyib.
Görüşdə Keşikçi Dağı Məbəd-Kompleksi ilə bağlı məsələ müzakirə olunub. Qeyd olunub ki, Gürcüstan Patriarxlığı məbəd kompleksi ilə bağlı məsələnin həllində fəal iştirak edəcək.
Söhbət zamanı Gürcüstan və Azərbaycan arasında dostluq münasibətləri vurğulanaraq bu münasibətlərdə gərginliyin yaradılması ilə bağlı cəhdlərin yolverilməz olduğu bildirilib.
Tərəflər Keşikçi Dağı Məbəd-Kompleksi ilə bağlı məsələnin tezliklə həll olunmasının əhəmiyyətini vurğulayıblar.
Görüşdə Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsalia da iştirak edib.