Gürcü məmurlar Azərbaycan şirkətini ələ keçirməyə çalışır - MİSLİ GÖRÜNMƏMİŞ HÜCUMLAR

Baxış sayı:
664

Son zamanlar Azərbaycan sahibkarları Gürcüstanda bəzən ağlasığmaz, hər cür məntiqdən məhrum olan, ən başlıcası isə iki ölkə arasında xeyirxah qonşuluq münasibətləri ilə heç bir halda uyğunlaşmayan maneələrlə qarşılaşır. Belə ki, hazırda “Bakcell” şirkətlər qrupunun 2018-ci ildə aparıcı beynəlxalq ekspertlərin dəstəyi ilə işləyib hazırladığı, şəti adı “Rəqəmsal İpək Yolu” olan qlobal infrastruktur layihəsi ətrafında yumşaq desə, qəribə əhvalatlar baş verir.

Xatırladırıq ki, bu layihə Avropa, Qafqaz, Mərkəzi Asiya və Çini vahid optik-lifli magistralla birləşdirməyi nəzərdə tutur. Yaradılan unikal marşrut (Avropa-Qara dəniz-Gürcüstan-Azərbaycan-Xəzər dənizi-Qazaxıstan/Mərkəzi Asiya-Çin) yüksək parametrlərinə və ən yeni texnologiyalarına görə hazırda mövcud olan kommunikasiyaların alternativi olmalıdır.

Virtual Bakı-Tbilisi-Ceyhan

Gürcüstanın, Azərbaycanın və Qazaxstanın geosiyasi mövqelərinin unikal imkanlarından effektiv istifadə edərək bu regional layihə müasir tranzit internet marşrutu yaratmalıdır. Marşrut Avropa ölkələrini sürətlə inkişaf etməkdə olan Asiya bazarları ilə birbaşa əlaqələndirəcək. Layihənin uğurla həyata keçirilməsi Cənubi Qafqazda regional rəqəmsal habın yaranmasına gətirib çıxaracaq, nəticədə Gürcütanı və Azərbaycanı qlobal rəqəmsal iqtisadiyyatın mərkəzlərindən birinə çevirəcək.

Bunu izah etməyə lüzum yoxdur ki, hazırda-postpandemiya rəqəmsallaşma epoxasında bu layihə nə dərəcədə mühümdür. Hər şeydən əvvəl qlobal infrastruktur layihələri iki ölkənin telekommunikasiya ekosisteminə əhəmiyyətli töhfə verəcək, onları dünya standartları səviyyəsinə qaldıracaq. Bundan əlavə, rəqəmsal Cənubi Qafqaz habının yaradılması bura Google, Amazon, Alibaba, Facebook kimi dünya səviyyəli investorları da cəlb edəcək. Bu isə yeni müəssisələrin, iş yerlərinin açılması deməkdir.

Bütpvlükdə strateji əhəmiyyətli infrastruktur layihələrinin reallaşması və Cənubi Qafqazın regional rəqəmsal mərkəzi çevrilməsi, bu mərkəzin Qafqazla yanaşı Mərkəzi Asiyanı, Çini, Cənubi Asiyanı əhatə etməsi az qala planetin bu hissəsində yaşayan 1.8 milyard əhalinin müxtəlif rəqəmsal xidmətlərə çıxışını yaxşılaşdırmış olacaq.

Beynəlxalq ekspertlərin qeyd etdiyi kimi, öz imkanlarına görə Bakı-Tbilisi-Ceyhan neft kəmərindən geri qalmayan “Rəqəmsal İpək Yolu” layihəsinin reallaşması üçün Azərbaycan,Qazaxıstan və Türkmənistan tarixi razılaşma imzalayıblar. Razılaşma Xəzər dənizinin dibi ilə magistral kabel xəttinin çəkilməsini nəzərdə tutur. Hazırda Transxəzər fiberpoptik kabel xətti layihəsi “AzerTelecom” (Bakcell-in törəmə şirkəti) tərəfindən Qazaxıstan və Türkmənistandan olan tərəfdaşlarla birlikdə uğurla həyata keçirilir.

2019-cu ildə Bakcell qrupuna daxil olan şirkətlərdən biri uzun sürən danışıqlardan sonra Gürcüstanın müvafiq strukturlarından müəyyən təminatlar aldı və “Caucasus Online” adlı gürcü şirkətinin səhmlərinin bir hissəsini əldə etdi. Bu da imkan verdi ki, həmin şirkət də tranzit infrastrukturuna cəlb olunsun, o cümlədən Qara dənizin dibindən keçən kabeli bütün regionun iqtisadi potensialını gücləndirəcək qlobal layihəyə birləşdirilsin.

Layihənin reallaşması Gürcüstanın rəqəmsal bazarda beynəlxalq rəqabətə davam gətirmək imkanlarını əhəmiyyətli ölçülərdə artırardı, müasir data-mərkəzlərin tikintisi üçün daha geniş imkanlar açardı və regiona aparıcı oyunçuları cəlb edərdi.  Bunlarla bərabər “Caucasus Online” şirkətinin digər infrastrukturu kimi Qara dənizin dibindən keçən kabel də modernizasiya üçün təcili olaraq ciddi investisiya tələb edir. Və Azərbaycan investoru Gürcüstana investisiya yatıraraq köhnəlmiş infrastrukturu müasir beynəlxalq tranzit sisteminə çevirməyi planlaşdırmışdı.

Azərbaycan şirkətinə misli görünməmiş hücumlar

Lakin 2019-cu il avqustun 5-də, səhmlərin alınmasına daiir sövdələşmədən xeyli sonra Gürcüstanın internet-trafik requlyatoru-Milli Telekommunikasiya Komissiyası (GNCC) “Caucasus Online” şirkətindən rəsmən tələb edib ki, səhmdarlar haqda informasiyanı açsın. Şəffaf fəaliyyət göstrən və qanunvericiliyə əməl edən şirkət olaraq “Caucasus Online” requlyatoru səhmdarların strukturunda baş vermiş dəyişiklik barədə məlumatlandırıb. İlk baxışdan elə gəlirdi ki, adi prosedurdur, sövdələşmə şübhə altına alına bilməz. Amma avqustun 19-da həmin komissiya şirkəti elektron kommunikasiyalar barədə qanunu pozmaqda, requlyatordan səhmlərin satışına dair vaxtında icazə almamaqda günahlandırdı.

Bu qərar Azərbaycan investoruna , konkret olaraq həm də “Caucasus Online “ şirkətinə qarşı misli görünməmiş hücumun başlamasına səbəb oldu. Komissiya öz səlahiyyətləri çərçivəsindən çıxaraq şirkətə qarşı bir neçə iri cərimələr tətbiq etdi, habelə sövdələşməni ləğv etməyi tələb etdi və hədələdi ki, şirkətin lisenziyasını geri ala , müvəqqəti idarəçi təyin edə və Azərbaycandan olan investorun aktivini faktiki olaraq zəbt edə bilər.

Komissiyanın formal iradı bundan ibarətdir ki, şirkət səhmdarın dəyişməsi barədə requlyatoru vaxtından məlumatlandırmayıb. Amma bu cür ittiham tamamilə əsassızdır-sövdələşmənin bağlanmasından xeyli əvvəl investorun nümayəndələri öz planlarını Gürcüstan hökumətinin rəhbərliyi ilə detallı müzakirə edib və səhmlərin alınmasına razılıq alıb. Bundan əlavə, qanunun pozulması haqda danışmaq da düzgün deyil, axı “Caucasus Online” şirkətinin səhmdarları formal olaraq dəyişməyib, sadəcə olaraaq benefisiarların strukturunda müəyyən dəyişiklik baş verib.

Requlyatoru vaxtında məlumatlandırmamağa gəldikdə isə həmin komissiya artıq son 6 ayda şirkəti 6 dəfə cərimələyib, cəmi 300 min dollar cərimə kəsib. Bu da Gürcüstan üçün misli görünməmiş cərimədir. Yəni requlyatoru vaxtında məlumatlandırmamağa görə qanunun tələb etdiyi ən yuxarı məsuliyyət müəyyən edilib.

Komissiyanın “Caucasus Online” şirkətinin səhmlərinin Azərbaycan investoruna satılması ilə ölkədə rəqabət mühitinin təhdid altında qalması barədə qənaəti də əsassızdır. Çünki investor Gürcüstanda hər hansı başqa telekommunikasiya aktivinə malik deyil.

 

Quinn Emanuel, DLA Piper, PWC kimi aparıcı beynəlxalq şirkətlərin qənaətinə görə Gürcüstanın Milli komissiyasının ölkə hökumətinin səhmlərin satışına dair razılığına ziddir, eyni zamanda səlahiyyətlərin aşılmasıdır. Həm milli, həm beynəlxalq qanunvericiliyə ziddir. Eyni zamada Azərbaycanla Gürcüstan arasında investisiyaların müdafiəsinə dair Müqavilənin bir sıra müddəalarının pozulması ortadadır. Gürcüstanın telekommunikasiya komissiyası Azərbaycandan olan investora qarşı elə formal bəhanələr gətirir, elə ədalətsiz və açıq-aşkar diskriminasiya tədbirləri həyata keçirir ki, onun hərəkətləri banal reyder hücumunu xatırladır. İttihamların hər frazası gülüş doğurur, sanki demək istəyirlər ki, nəyə görə bu aktivi azərbaycanlı investora satmısız?!

Gürcüstan məhkəmələrinə həm şirkət tərəfindən, həm azərbaycanlı investor tərəfindən, hətta aktivin satıcısı tərəfindən edilən çoxsaylı müraciətlər cavabsız qalıb. İnvestor öz hüquqlarının müdafiəsini Gürcüstan hüdudlarından kənarda axtarmalı olub.

Son günlər Gürcüstanın milli kommunikasiya Komissiyasının Azərbaycan kapitalının olduğu şirkətin reyder üsulu ilə ələ keçirilməsinə yönəlmiş  qərəzli və qeyri-dost addımları dünya səviyyəsində görünməmiş yeni səviyyəyə çatıb. Gürcüstan üçün xas olmayan cəldliklə requlyator tərəfindən təcili olaraq elektron kommunikasiyalar haqda qanuna dəyişikliklər hazırlanaraq parlamentə təqdim olunub. Bu dəyişikliklərə əsasən “müəyyən şəraitdə” hansısa şirkətə qeyri-məhdud (!!!) səlahiyyətlərlə kənar idarəçinin təyin edilməsi mümkündür.

Beynəlxalq ekspertlər təəcüblənir

Aydındır ki, avral qaydada qəbul edilmiş bu qərar bütövlükdə “Caucasus Online” şirkətinə qarşı yönəlib, amma praktiki olaraq bütün iri gürcü biznesinə zərbə vurub. Ona görə də yerli sahibkarlar tərəfindən hiddətlə qarşılanıb. Biznesin inkişafına mane olan bu qeyri-obyektiv, arzuolunmaz düzəlişlərə qarşı həm beynəlxalq ekspertlər, həm diplomatlar öz narazılıqlarını ifadə ediblər. Gürcüstanın telekommunikasiya bazarının bütün fəal iştirakçıları hökumətə və parlamentə ünvanlanmış açıq məktubda öz narahatlıqlarını, nəzərdə tutulan sərt dəyişikliklərə qarşı olduqlarını ifadə ediblər. Bu dəyişikliklərin ölkənin telekommunikasiya sferasının gələcək fəaliyyətinin stabilliyini şübhə altında qoyduğunu bildiriblər. Amma onların səylərinə baxmayaarq qanuna dəyişikliklər parlament tərəfindən qəbul edilib. Deputatları ölkənin işgüzar imicinin korlanması riski də çəkindirməyib.

Gürcüstan requlyatorunun bəzi strukturların dəstəyi ilə bu cür qeyri-rasional və aşkarcasına  reyder xarakteri daşıyan hərəkətləri nəinki Azərbaycan, eləcə də digər xarici investorlara təhdid yaradır, Azərbaycan şirkətlərinin, o cümlədən beynəlxalq şirkətlərin gələcək investisiya planlarını sual altında qoyur.

Əlbətdə, gürcü məmurlarının hansı motivlərlə hərəkət etdiyinə dair təxminlər irəli sürmək olar. Lakin motivlər gözlənilmədən özünü büruzə verdi-Ermənistanın təşvişə düşmüş  internet-kommunikasiya şirkətlərinin sahiblərinin qismində. Orada şaiyələr dolaşmağa başladı ki, Azərbaycan bütün Cənubi qafqazın kommunikasiya infrastrukturuna sahib olmaqla “götürüb Ermənistanın internetini kəsəcək”. Doğrudur, yerli mütəxəssislər belə absurd təxminin mümkünlüyünü inkar etdilər, xəbərdarlıq etdilər ki, texniki olaraq Gürcüstan şirkətinin azərbaycanlı tərəfdaşları ancaq trafiki analiz edə, onun əsasənda müəyyən qənaətlərə gələ bilərlər. Üstəlik necə olur ki, bu cür irimiqyaslı beynəlxalq layihə yenə Ermənistandan yan keçir...Küləyin hansı tərəfdən əsdiyi aydın olur, elə deyilmi? Gürcüstanda axı erməni diasporu var, özü də nüfuzlu və təsir imkanları olan.

Beynəlxalq arbitrə müraciət etməkdən başqa yol qalmır

GNCC tərəfindən Azərbaycan investoruna qarşı edilən misli görünməmiş təzyiqlər müdafiəni və ədalətli qərarı beynəlxalq məhkəmədə axtarmağa məcbur edir. Gürcüstan belə olanda beynəlxalq arbitraj prosesləri nəticəsində yaranacaq imic itkisinə hazırdımı? Təkcə Bakcell-in deyil, bir çox digər Azərbaycan şirkətlərinin Gürcüstan iqtisadiyyatına yatırımlarını əldən verməyi nəzərə alırmı? Bütün bu baş verənlərin konkret bir millərin nümayəndələrinə qarşı qərəzdən qaynaqlandığını nəzərə alanda bütün bunlar tamamilə mümkündür.

Ancaq ümid edək ki, Gürcüstanda “Rqəmsal İpək Yolu” ətrafında baş verən bütün bu hadisələr müvəqqəti anlaşılmazlıqdır, ölkənin böyük planların reallaşmasından əldə edəcəyi faydaları qiymətləndirməməkdən qaynaqlanır, o cümlədən azərbaycanlı etnosuna laqeyd olmayan məlum qonşuların bədxah niyyətlərinin nəticəsidir. Gürcüstan rəqəmsallaşma sahəsində kifayət qədər peşəkar mütəxəssislər var, üstəlik adi işgüzar adamlar da bütün məsələləri aydınlaşdırıb bütün bunların əslində kimə sərfəli olduğunu izah edə bilər...

Virtualaz.org