​Gürcü milyarder İvanişvili siyasətə qayıdır – BAŞ NAZİR AÇIQLADI

Baxış sayı:
6196

Gürcü milyarder Bidzina İvanişvili siyasətə qayıdır.
Bunu jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili deyib. O, İvanişvilinin siyasətə qayıtdıqdan sonra Gürcü Arzusu Partiyasına rəhbərlik edəcəyini bildirib.
Kvirikaşvili İvanişviliyə siyasətə qayıtmaq təklifini şəxsən özünün verdiyini bildirib.