Gürcü hökmdarı Tamaranın nəvəsinin qəbri Türkiyədə tapıldı - FOTO

Baxış sayı:
320

Arxeoloqlar Türkiyədə yeni kəşfə imza atıblar.

RİA agentliyi xəbər verir ki, ilkin ehtimala görə qəbir gürcü hökmdarı Böyük Tamaranın nəvəsi Gürcü-Xatuna məxsusdur. Bu barədə Gürcüstanın Türkiyədəki səfirliyindən məlumat verilib.

"Ərzurum şəhərinin Pasinler rayonunda arxeoloji qazıntılar aparılıb. Nəticədə sultan İkinci Əlaəddin Keyqubad və onun anası Tamaraya (Gürcü-Xatun ləqəbli) məxsus olduğu ehtimal edilən iki sərdabə tapılıb", - deyə məlumatda bildirilir.

Səfirlik qeyd edir ki, məsələ ətraflı araşdırılacaq. Gürcü-Xatun gürcü knyazı Tamaradır və Baqrationlar sülaləsindən Rusudanın qızı, Böyük Tamaranın nəvəsidir. 1236-cı idə Səlcuq sultanı II Qiyasəddin Keyxosrova (1236-1246) ərə verilib. Gürcü şahzadə sultan sarayında böyük nüfuza sahib olub. Onu Gürcü-Xatun, yəni gürcü xanımı adlandırıblar.