"Gürcü Arzusu"nun mərkəzi ofisi qarşısında gərginlik - Saxlanılanlar var (FOTO)

Baxış sayı:
6967

Hakim "Gürcü Arzusu" partiyasının mərkəzi ofisi qarşısında gərginlik yaşanıb.
Muxalifet.az 24News.ge saytına istinadla xəbər verir ki, bir qrup vətəndaş hakim partiyanın mərkəzi ofisi qarşısında aksiya keçirib. 

Yayılan məlumata əsasən, polis aksiya zamanı bir neçə nəfəri saxlayıb.
Saxlanılanlar barəsində hələlik Daxili İşlər Nazirliyindən məlumat verilməyib.
Qeyd edək ki, hazırda hakim partiyanın mərkəzi ofisində Bidzina İvanişvili Avropa İttifaqının Gürcüstandaki səfirləri ilə görüş keçirir. 
Xatırladaq ki, bundan əvvəl də Bidzina İvanişvilinin igamətgahının ətrafında etiraz aksiyası keçirilmişdi.

Muxalifet.az