Günəş tutulması hadisəsi başladı

Baxış sayı:
5281

Bu gün Günəş tutulması (tam tutulma) hadisəsi başlayıb.
AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasından  verilən məlumata görə, təbiət hadisəsi yerli vaxtla saat 20:55-dən iyulun 3-ü saat 01:50-dək davam edəcək.
Günəş tutulması Cənubi Amerika, Çili, Argentina və Sakit okeanın cənubundan aydın görünəcək. Təbiət hadisəsini Azərbaycanda müşahidə etmək mümkün olmayacaq.
Növbəti belə təbiət hadisəsi cari il dekabrın 26-na təsadüf edəcək.
Qeyd edək ki, bu ilin ilk Günəş tutulması yanvarın 6-da qeydə alınıb.