​Günəş tutulmalarının vaxtı açıqlandı

Baxış sayı:
5359

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2019-cu il baş verməsi nəzərdə tutulan Günəş tutulmalarının vaxtını açıqlayıb.
Rəsədxanadan  verilən məlumata görə, bu il üç Günəş tutulması hadisəsi (qismən, tam və həlqəvari) baş verəcək.
Belə ki, ilk Günəş tutulması 6 yanvar 2019-cu ildə Bakı vaxtı ilə saat 03.34-də başlayacaq, 05.40-da maksimum həddə çatacaq, 07.49-da isə sona yetəcək.
Növbəti Günəş tutulması 2 iyul 2019-cu il tarixində yerli vaxtla saat 20.55-də baş verəcək və 3 iyul 01.50-də sonlanacaq.
Sonuncu Günəş tutulması isə 26 dekabr 2019-cu ildə Bakı vaxtı ilə saat 06.30-da start götürəcək və 12.06-da yekunlaşacaq. Bakıda 08.03-dən 08.52-yə qədər səhər tezdən Günəş doğan ərəfədə üfüqə yaxın yerdə izləmək mümkün olacaq.