​Güneyli soydaşlarımızdan növbəti Qarabağ şüarı - Video

Baxış sayı:
9787

Bu gün "Traxtur" komandası növbəti rəqibini - Abadanın “Sənət-neft" komandasını qəbul edib.
Muxalifet.az xəbər verir ki, bu oyunda da azarkeşlər Qarabağla bağlı şüarlar səslənib. Belə ki, oyunun 27-ci dəqiqəsində güneyli soydaşlarımız tərəfindən "Qarabağ bizimdir, bizim olacaq" şüarı səsləndirilib.
Bundan başqa oyunun 15-ci dəqiqəsində konstitusiyanın 15-ci maddəsi (ana dili ilə bağlı qanun) əsas götürülərək "Türk dilində mədrəsə, olmalıdır hər kəsə" şüarı səsləndirilib.
Qeyd edək ki, oyunun birinci hisəsi 1:0 “Traxturun” xeyrinə yekunlaşıb.