GÜNEY AZƏRBAYCANIN BİLİNƏN, AMMA ÇÖZÜLMƏYƏN GERÇƏKLƏRİ! – II HİSSƏ

Baxış sayı:
7005

Sizlərə məqaləmizin ilk bölümündə “İran” adının mənasından və bu mövzuyla əlaqədar meydana gətirilən fikirlərdən bəhs etdik. Bu hissədə isə İran adlanan dövlətin və coğrafi alanın etnik tərkibindən danışacağıq. İran adlanan indiki dövlət heç bir zaman müasir çağda orda yaşayan insanların etnik tərkibinin araşdırılması mövzusunda maraqlı olmamışdır. Təbii, onlar çox gözəl bilir ki, etnik tərkib olaraq tarix boyu bu torpaqlarda türklər (Azərbaycan Oğuz türkləri başda olmaqla) farslardan sayca daha çox olmuşdur. İran coğrafiyası, Anadolu kimi, həm Türk soyları, həm də türk mədəniyyəti baxımından türk dünyasının bir parçasıdır. Hər türk boyundan insanın və bütün türk mədəniyyət ünsürlərinin yaşadığı qədim bir türk yurdudur. Bəhs etdiyimiz torpaqlarda yaşayan əhalinin əsasını Azərbaycan Oğuz türkləri ilə bərabər, türkmənlər, Xorasan türkləri, Kaşkaylar, Halaçlar, Afşarlar, Qarapapaqlar, Bayatlar, Qacarlar, Şahsevənlər, Şahayağı (Şayağı/Şayagı) türkləri, İsfahan (Orta İran) türkləri, Sungur türkləri yaşayır. Onlara belə fərqli adlarla adlandırmaq fikri də yenə farslara aiddir. Necə ki, ruslar Quzey Azərbaycan türklərini azərbaycanlı , digər Türk cumhuriyyətlərindəki türkləri qazax, özbək, türkmən, qırğız, tatar və.s adlandırıb bölməyə, milli kimliklərini unutdurmağa çalışmışdırsa, bu gün farslar da Güney Azərbaycandakı və bütünlükdə İran adlanan coğrafiyadakı türkləri bölmək üçün fərqli adlarla adlandırmışdırlar. İran türkləri, imparialist güclər və onların yerli işbirlikçiləri tərəfindən “Azəri”, “Qaşqay”, “Şahsevən”, “Şayağı (Şaha yağı)”, “Qarapapaq” və.s kimi yaşadıqları coğrafiya, mənsub olduqları xanədan, keçmişdə yükləndikləri sosial status və ya geyim parçalarının tipindən yola çıxılaraq dəyişik adlarla anılmaqla, fərqli xalqlar, millətlər kimi göstərilməyə çalışılır və beləliklə də farslardan sayca çox olan türk millətinin gücü parçalanmak istənilməkdədir. İran adlanan, farslar tərəfindən siyasətlə idarə edilən ölkədə öz milli-etnik xalqlarını müdafiə edən bir çox güclər, o sıradan türkmənlər, Beluclar, Ərəblər, Lur, Gileki və Mazenderani və digər qruplar ümidlərini getdikcə Azərbaycan türklərinə bağlamağa başlamışlardır. Yalnız toplumsal gözləntisi olan, insan haqlarını müdafiə edən güclər içərisində də Azərbaycan türklərinin son söz sahibi olduğu da bir həqiqətdir. Bu da çox təbiidir, çünki ölkədə farslarla rəqabətdə Azərbaycan türkləri əsas (dominant) etnik rolu oynaya bilər. Müasir çağımızda İran dövlətində əsas etnik rolu üstlənmiş olan farslar, müxtəlif səbəblərdən dolayı öz hegemonluqlarını itirmək təhlükəsini yaşayırlar. Bu durumda ulusal dəyişimi gərçəkləşdirmə gücü daha çox Azərbaycan türklərinə məxsusdur; çünki mövcud sayına, potensialına, milli gücünə, tarixdən qaynaqlanan sosial-psixoloji xüsusiyyətlərinə və digər ünsürlərə baxıldığında Azərbaycan türkləri ilk sırada olmaqdadır. Fars şovnizmi həqiqəti gizlətmək üçün indiyədək İranda aparılmış olan nüfus sayımlarının heç birində milliyət məsələsinə toxunmamaış və ölkədə türklərlə farsların dəqiq sayılarını göstərməmişdir. Fəqət, bu rəqəm heç də bilinmir deyə düşünməyin . Məsələn, fars M. Şüar 1960-ci illərin ortalarında 22 milyonluq ölkə əhalisinin yarıdan çoxunun türk olmasını üzüntüylə, təssüfflə bildirir və onların danışdığı dili-türkcəni “dəfn etmək” haqqında fikir iləri sürmüşdur. Artım sayına görə türklərin farslardan daha üstün olduğunu göz önündə tutarsaq, hal-hazırda say fərqinə görə türklərin sayı farslardan daha çox olmuşdur, əksi düşünülə bilməz. “1993-cü ildə Tehran və Təbrizdə yayımlanan çoxsayılı qəzetlərin yazdıqlarına əsaslanaraq, İran toplumunun 3/7 hissəsi və Tehran nüfusunun 3/5 hissəsi türkdür; başqa deyişlə, bugün İranın 63 milyonluq əhalisinin 27 milyonunun ana dili türkçədir. Bu o deməkdir ki, türklər nisbi olarak İran cəmiyyətinin çox hissəsini təşkil edir və sayları farsların sayından daha çoxdur. Eyni zamanda, ölkənin paytaxdı Tehranda yaşayan türklərin sayı bu şəhərdə yaşayan fars, kürd, bəluç və başqa dilli xalqların sayından çoxdur”. Tehranda yayımlanan “Həmşəhri” qazetinin fevral 1993-cü ilə aid sayılarının birində, hazırda İranda 80-ə yaxın ulus, xalq və etnik qrupun olduğu yazılmışdır; Azərbaycan türkləri bunların içərisində sayca ilk sıranı tutmaqdadır. Azərbaycan türklərinin sayı dəqiqləşdirilməsə də, onların sayı, türkmən türkləri daxil olmazsa, 30 milyondan çox (bəzən 35 milyon) göstərilir. Əqrəba türkmən türklərini də diqqətə alarıqsa, bu sayı 35 milyondan çoxdur . BUNULA MÜQAYİSƏDƏ, əqrəba etniklərlə (kürd və bəluç) birgə farsların sayı 22 milyona qədərdir. Əgər əqrəba etnikləri saymazsaq, farsların öz sayı 20 milyonun altındadır. Bu çərçivədə, İslam İnqilabı zamanı Azərbaycanın güneyində yaygın olan “Biz kürdlərdən fərqliyik. Sayımız farsilərdən çoxdur. Burası bizim məmləkətimizdir. Tarix boyu İranı ya doğrudan-doğruya yönəltdik və ya yönətici təbəqələrin içində yer aldıq. Azınlıq deyil, ortağız” düşüncəsi heç də təsadüf deyildir. Həqiqətən də, bu torpaqlar Türk torpaqlarıdır. Güney Azərbaycanda başda Təbriz, Ərdəbil, Urumiyə, Zəncan kimi qədim türk şəhərlərində və paytaxt tehranda çox sıx olaraq yaşayan İran türklərinin sayı ilə əlaqədar fərqli oranlar tələffüz edilməklə birlikdə İran Xarici İşlər naziri Əli Əkbər Salihinin bir müsahibəsində qeyd etdiyi kimi, İran nüfusunun 40 %-nin türkcə danışdığı düşünülürdü. Bu da təxminən 2011-ci ildə əhalinin siyahıya alınması zamanı 75 milyon insanın yaşadığı İranda 30 milyona təkabül etməkdədir. Bir dönəm türkiyənin Xarici İşlər Naziri Əhməd Davutoğlunun Tehranda Yunus Emre Kültür Mərkəzinin açılışında söylədiyi “İstanbuldan sonra ən çox türkcə danışılan ikinci şəhər haradır? Ağla ilk gələn Ankara ola bilər, amma əgər bir sayım aparılsa, Tehranda türkcə danışan nüfus daha çox çıxar və ya eyni çıxar ən azından” ifadəsinin arxasında da İran əhalisinin yarısını təşkil edən bu böyük türk milləti durmaqdadır. Sizlərə də məlum olduğu kimi dil bir millətin var olduğunu sübut edən ən ümdə amillərdəndir. Dilimiz bizim milli kimliyimizdir, tariximizi, mədəniyyətimizi və ədəbiyyatımızı əks etdirən vasitələrdəndir. Bu səbəbdəndir ki, istər şah dövründə olsun, istərsə də molla rejmində olsun, İran adlanan fars dövlətində türkçə yasaq edilmişdir. Azərbaycan türkcəsinə farsların düşmənliklə yanaşmasının ilk səbəbi milli kimlik baxımından türklərin çox olması ilə bərabər, həm də ədəbiyyat incəsənət baxımından Azərbaycan Oğuz Türk ədəbiyyatının sürətlə inkişafı və farsların çox fəxr etdiyiədəbiyyatları ilə qarşılaşdırıla biləcək bir səviyyəyə çatmış olmasının onları çox narahat etməsidir. Özlərini mədəniyyət baxımından türklərdən üstün göstərmə duyğularınadan irəli gələrək, şovnist farslarda türklərə qarşı hər zaman gizli bir düşmənçilik duyğusu vardır. Qeyd etdiyimiz kimi, dil məsələsi zaman-zaman gizli və açıq şəkildə farslar tərəfindən Türklərə qarşı siyasi bir oyun olaraq istifadə edilmişdir və aşağılayıcı bir tərzdə dilimizə qarşı təhqirlər etmişlərdir. Bunun ən öndə örnəyi və hədsizlik deyə biləcəyimiz bir olay 2006-ci ildə baş vermişdir. Belə ki, İranda bir dövlət qəzetində farslar karikatura vasitəsi ilə türkləri və türk dilini təhqir etmişlərdir. 2006-ci ilin may ayında Güney Azərbaycan Türkləri kütlələr halında küçələrə tökülmüşdür. Bu hadisələrin olmasına səbəb yuxarıda da qeyd etdiyimiz dövlətə aid media orqanında çıxan bir karikaturadır. Bəhs etdiyimiz karikaturada böcəyin Azərbaycan türkçəsi ilə danışğı, bu böcəklərin (burada türkləri nəzərdə tuturlar) dillərinin anlaşılmadığı və iranlıların (farsların) əgər ölkələrini sevirlərsə, dışqılarını tualetə buraxmayaraq, onları öldürmələri gərəkdiyi sözlərinə yer verilmişdir. Yayın ilk anda Türk üniversitet öyrəncilərinin diqqətini çəkmişdir. Göstərilən təpkilərə fars yönətimi səssiz qalmağı tərcih etmiş və durumu önəmsəməmişdir. Dövlətin səssizliyi problemin yayılmasına və Təbriz daxil olmaqla, bütün Güney Azərbaycan şəhərlərində haqlı olaraq ayaqlanmalara yol açmışdır. Milyonlarla insanın iştirak etdiyi aksiyaların sonunda dövlət sözügedən qazeti bağladıb, səbəbkarları tutaraq, hadisələrin önünü almağa çalışmış, ancaq gec gələn üzr türkləri sakitləşdirməyə kifayət etməmişdir. Dövlətin hadisələrə silahla müdaxilə etməsi ilə sonuclanan ayaqlanmanın sonuncu əllidən çox ölü, yüzlərlə yaralı və minlərlə həbs olmuşdur. İranda özəlliklə müasir dönəmdə fars kimliyini üstün göstərmək məqsədinə yönəlik olaraq türk kimlik və figurlarını hədəf alan, təhqir edən, sözdə “lətifə”, “deyim”, “film” və “karikatura” kimi vasitələrdən istifadə edildiyi bilinməkdədir. Ayrıca farsların müxtəlif etnik qruplara və özəlliklə az gəlişmiş -maddi olanaqları zəif olan bölgələrdə yaşayan fars olmayan insanlara qarşı bilinən qərəzli yanaşmalarının olduğu məlumdur. Türklərə qarşı isə hər sahədə qərəzli düşüncələr bəslədikləri açıq-aydın bilinir. Güney Azərbaycan türkləri bunu bildikləri halda farslara qarşı kin güdməmişlərdir. Ancaq son olan bu hadisələr bardağı daşıran son damlalardan oldu. Bu karikatura hadisəsi həm farslar, həm də türklər üçün bəzi gözlənilməz nəticələr doğurdu. Farslar üçün bu həqiqətləri ortaya çıxardı: şiəliyi bir birləşdirici ünsür olaraq istifadə etmək siyasətləri uğursuz oldu, ilk dəfə farslar türklərin ciddiyətini hiddətli bir tərzdə gördülər və farslara qarşı birlik olan türklərin qarşı çxmaları nəticəsində türklərdən çəkindilər. Həmçinin İran fars cümhuriyyətinin yetkililəri ilk dəfə türklərin dövlət içindəki önəmini vurğulamaq məcburiyyətində qaldılar. Bununla bərabər molla rejimi türk dilinə sahib çıxan türklərin ciddiyətini ilk dəfə bu qədər toplu şəkildə gördü. Türklər isə ilk dəfə farsların istifadə etdiyi mənsəb-şiəlik qavramının onlara qarşı siyasi bir oyun olduğunu açıq anladılar və milli kimliklərini önə çıxardılar. TEHRANA BAĞLI FARS GÜVƏNLİK ORQANLARI İLƏ TÜRKLƏR İLK DƏFƏ TOPLU BİR HALDA ÜZ-ÜZƏ QALDILAR. Müstəqillik, hürriyət düşüncələrini ilk dəfə belə kütləvi halda dilə gətirdilər. Həmçinin Güney Azərbaycan türkləri coğrafi yayqınlıqlarını və sosial güclərini ən geniş mənada farslara göstərmiş oldular. Bütün bu olaylardan sonra belə fars molla rejiminin türklərə və Türk dilinə qarşı düşmənciliyə və məkirli siyasətə davam etmiş və türk dilində təhsili qadağan etməyi sürdürməkdədir. Maraqlısı da budur ki, əhalisinin yarıdan çoxu Türk olan İranda türklərin dili qadağan olunduğu halda, qeyri-millətlərə ermənilərə qarşı daha xoşgörülü davranılır. İranda molla rejimi 5 millət vəkili kürsüsündən üçünü xristianlara, birini ermənilərə, birini də Süryanilərə ayırmışdır. Ermənilərə molla rejimi parlamentində yer vermək üçün saylarını 80 mindən yuxarı - 250 min göstərir və beləcə onlara millət vəkilləri kürsüsündə yer verir. Çünki İran molla rejiminin qanunlarına görə, 250 min nəfəri parlamentdə bir millət vəkili təmsil edə bilər. Əgər bu hesabla hesablasaq, o zaman İran parlamentini türklər idarə etməlidir. Məlum olduğu kimi, türklərin sayı 35 milyondan çoxdur. Amma mövzu türklər olunca İranda qanunlar yerli-yerində həyata keçirilmir! 250 min (doğrusu 80 min) erməninin yaşadığı idda edilən İran adlanan ölkədə türk düşməni ermənilər 10-a yaxın universitetdə doktorluq dərəcəsi almaq üçün qondarma erməni dilində təhsil ala bilirlər. Amma türk dilində təhsil qadağan olunur. Bunun səbəbi fars-molla rejiminə soruşulduğunda, verdikləri cavab insanı hiddətləndirir. Belə ki, farslar dini bəhanə edərək dilə gətirib söyləyirlər ki, Güneydəki türklər müsəlman şiyədirlər. Yəni guya bizləri özlərindən hesab edirlər, amma qeyri-müsəlmanlara qarşı daha xoşgörülü olub onlara azad dil haqqı verirlər və İran konstitusiyasındakı maddəyə sadiq qalırlar. Beləcə, guya İslamın xoşgörüsünü onlara tanıdırlar. Bu, həqiqətən ağılasığmayacaq bir bəhanədir. Özəlliklə bu hadisə ilə bağlı Azərbaycanın görkəmli yazıçısı Sabir Rüstəmxanlnın bir məqaləsini oxumuşdum və orda Sabir bəyin söylədikləri həqiqətən diqqətimi cəlb etmişdi. Sabir bəy İranın Azərbaycandakı səfirinə sual edir: “Cənab Səfir, siz niyə İrandakı 150-200 minlik ermənilərə hər cür şərait yaradırsınız, lakin 35 milyonluq Azərbaycan türklərinə heç bir haqq tanımırsınız?”. Səfir, bir az düşünüb cavab verir: “Ağa ,ermənilər dini azlıqdır. Biz dini azlıqlara haqq tanıyırıq. Amma türklər, yəni siz bizim şiə qardaşlarımızsınız...”. Sabir bəy də cavab olaraq söyləyir: “Sizin məntıqınızdən belə çıxır ki, biz İran deyilən ölkədə milli haqlarımızı almaq üçün şiəlikdən, lazım gəlsə, hətta İslamdan əl çəkməliyik. Siz belə düşünürsünüzsə, mən sabahdan təbliğata başlamalıyam ki, ay millət, biz müsəlman qaldıqca, bizim müsəlman-fars qardaşlarımız milli-mədəni inkişafımıza imkan verməyəcək, yəni bizi adam yerinə qoymayacaqlar...”. Bu cavabdan sonra səfirin sifəti dəyişir və deyir: “Ağa, siz həqiqi müsəlmansınız, elə iş görməzsiniz!”. Sabir bəy çox gözəl bir cavabla sözdə müsəlman olan fars səfrin həddini bildirib deyir: “Görərəm! Çünki siz həqiqi müsəlman deyilsiniz!”. Həqiqətən farslar şiəliyi və İslami siyasi bir vasitəyə cevirmişlərdir. Bu yolla türkləri susdurmağa çalışır və fars şovnist siyasətlərini həyata keçirirlər. İslamdan və onun həqiqətlərində xəbərsiz olan fars mollaları dinimizin adına ləkə gətirir və siyasi məqsədlərində istifadə edirlər. Acısı da odur ki, Quzey Azərbaycanda özlərinə tərəfdar toplamaq üçün sözdə mollalar (əslində bu insanlar fars faşistlərinin siyasətini təbliğ edir) göndərir və təriqət ayrıseçkiliyi edərək İslamı bölürlər. Eyni siyasəti radikal ərəbistan tərəfdarları da edir. Farslar çox gözəl bilir ki, Güney Azərbaycan bölgəsi İran üçün məlum səbəblərdən həyatı bir önəm daşıyır. Çünki Güney Azərbaycanın İrandan ayrılması durumunda, İranın Türkiyə, Azərbaycan və qondarama Ermənistanla sərhədi qalmayacaqdır. Bu yerdə ermənilərlə farsların qardaşlığını da xatırlatmaq istərdim. Türklər inad olsun deyə fars molla rejimi İran adlanan ölkədə qondarma “erməni soyqırımı” abidəsi ucaltmış, ruhban məktəbi açdırmış və ermənilərə doğal qaz yardımı etmişdir. Yazının əvvəlində qeyd etiyimiz tarixi, etnik, siyasi və mədəniyyətlə bağlı gərcəklər göstərir ki, İran adlanan coğrafiya əslinə türk yurdudur. Bəhs eydiyimiz kimi 1925-ci ilə qədər 1000 il boyunca farsları ədalətlə yönətən biz türklər olmuşuq. Amma 100 ilə yaxındır farsların faşıst yönətimində əziyyət çəkən Güney azərbaycanlı türk soydaşlarımız öz torpaqlarında əsir həyatı yaşayırlar. Doğrudur, dəfələrlə Azadlıq uğrunda hərəkata keçsələr də, bəlli səbəblərdən istədiklərinə çatmaları mümkün olmamışdır. Bu gün farslar İranda türklərə əziyyət verir, dillərini yasaqlayır, sosial həyatlarını mədudlaşdırır, dövlət təbəqəsində məmur olmalarının qarşısını bəhanələrlə alır. Həmçinin, uydurma bəhanələrlə hər il onlarca soydaşımızın edam qərarını verir və ailəsinin gözü önündə asdırır. Bu vicdansızlıqlara və haqsızlıqlara göz yummamalıyıq. Əslində, bu fars molla rejiminin türklərə qarşı həyata keçirdiyi gizli bir etnik təmizləmədir. Sucsuz yerə onlarca soydaşımız asılır. Bizlər isə heç bir iş görmürük. Sonda sizlərlə Güney Azərbaycalı soydaşlarımıza dəstək məqsədi ilə nacizanə yazdığım misraları paylaşıram: Güney Azərbaycan İran deyil! Dünya farsa qalan deyil! Fars zülmündən dönməsə də, Türklər əsir olan deyil!... Aynur TALIBLI, Araşdırmaçı yazar, İstanbul