GÜNEL QƏMBƏROVANIN ŞİRKƏTİ 2,1 MİLYONLUQ TENDERİN QALİBİ OLDU - Cəmi 3 aydır yaranıb

Baxış sayı:
280

Gənclər və İdman Nazirliyinin Xəzər Rayon Gənclər və İdman İdarəsi bədən tərbiyəsi və idmanın təşkili ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Tremix-Co" MMC-dir.

Qalib şirkətə 2,158 milyon manat ödəniləcək.

"Tremix-Co” ötən il dekabrın 9-da dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Günel Oqtay qızı Qəmbərovadır.

Maraqlıdır, şirkətin əsl sahibi kimidir? 

Muxalifet.az bu haqda araşdırmanı oxucularına təqdim edəcək.