Gündəmə bomba kimi düşən iddia: TSQ İRAQA GİRDİ

Baxış sayı:
6178

Türk Silahlı Qüvvələrinin İraq Kürdüstan Regional Rəhbərliyinin paytaxtı Ərbilin Sidekan nahiyəsində yerləşən dağ zirvələrinə əsgər yerləşdirdiyi iddia edilib. Ərbildə nəşr olunan “Rudaw” qəzeti, TSQ-nin Sidekandaki dağ zirvələrinə səkkiz vertolyotla əsgər göndərdiyini irəli sürüb.
 
Türkidekan nahiyəsinə bağlı Şapan kəndinin muxtarı Faris Rəsul, "Türk döyüş təyyarələri dünən gecədən bəri bölgəni bombalayır. Türkiyəyə aid səkkiz hərbi vertolyot bu gün Şapan, Dilan, Kewet, Bene, Çiyasor, Alekan və Çiyaneya dağlarına əsgər endirdi" deyə, iddia edib.
 
TSQ ŞİMALİ İRAQDA ƏMƏLİYYAT KEÇİRİRDİ
 
Qeyd edək ki, bundan əvvəl də təhlükəsizlik mütəxəssisləri TSQ-nin Şimali İraqda regional əməliyyatlar keçirdiyini açıqlamışdı.
 
 TSQ HAVA HƏRƏKATI MƏLUMATINI PAYLAŞDI
 
Baş Qərargah rəhbərliyindən edilən məlumatlandırmaya görə, İraqın şimalındakı Hakurkda olan terror hədəflərinə hava hərəkatı təşkil olunub. Hərəkatda 6 terrorçu zərərsizləşdirilib.
Müxalifət.az