Gündəmə bomba kimi düşən iddia! Tramp ikisini də qovdu!

Baxış sayı:
9871

 Amerikalı jurnalist Vicky Ward yazdığı və yaxında bazara çıxacaq kitabında, ABŞ prezidenti Donald Trampın qızı Ivanka Tramp və kürəkəni Jared Kuşnerin Ağ Evdən uzaqlaşdırılması üçün keçmiş özəl qələm müdiri Con Kelli-yə təlimat verdiyi irəli sürülüb.
 
ABŞ-ın “New York Times” qəzetinin xəbərinə görə, jurnalist Vicky Ward-ın qələmə aldığı və gələcək həftələrdə bazara çıxacaq "Kushner Inc" adlı kitabda, Trampın qızı və kürəkəni ilə əlaqəsi haqqında ciddi iddialar yer alıb.
 
KELLİ-yə GÖSTƏRİŞ VERİB
 
 Kitabda, Trampın vəzifəyə başladıqdan qısa müddət sonra o dövr özəl qələm müdiri olan Con Kelliyə İvanka-Jared cütlüyünün Ağ Evdən uzaqlaşdırılaraq Nyu-Yorka göndərilməsi barədə göstəriş verdiyi məlumatı ötürülüb.
Trampın qızı və kürəkəninin mətbuat qarşısında mənfi görüntü yaratdığından şikayət etdiyinin bildirildiyi kitabda, "Onlar oyunun necə oynanacağını bilmir" İfadələrinin yer aldığı qeyd edilib.
“New York Times”-a danışan mənbələr isə Trampın bu planına baxmayaraq İvanka-Jared cütlüyünün Vaşinqtondakı varlıqlarını davam etdirdiyini və Trampın istəyinin də keçdiyini bildirib.
Kuşnerin vəkili Peter Mirijanian mövzuyla əlaqədar etdiyi açıqlamada, kitabdakı iddiaların "yanlış və qurama" olduğunu bildirib.
Müxalifət.az