​“Günahkar şəxslər edam ediləcək ya da güllələnəcək..” – Ramzan Kadırov

Çeçenistan rəhbəri Ramzan Kadırov bəyan edib ki, terror təşkilatlarına başqalarını cəlb edərək, öz "əl altılarına" çevirənlərə qarşı terrorçular kimi ən ağır cəza tətbiq edilməlidir.
Muxalifet.az-ın Trend-in məlumatına görə, Çeçenistan rəhbəri bu barədə özünün "Instagram" səhifəsində yazıb.
R.Kadırov vurğulayıb: "Terror təşkilatlarına cəlb etməyə görə günahkar şəxslər terrorçular kimi ən ağır cəza ilə cəzalandırılmalıdırlar, hətta güllələnməlidirlər.