"Günahım varsa, onu mənim üzümə deyin..." - AYAZ MÜTƏLLİBOV

Baxış sayı:
7312

Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov "Space TV"nin efirində yayımlanan "Sadə həqiqətlər” verilişində nə qədər pensiya alması ilə bağlı sualı cavablandırıb. Muxalifet.az qaynarinfo-ya istinadən xəbər verir ki, o, 10 min manat təqaüd aldığını bildirib: "Mənim ailəm qürbətdə olmazın əziyyətlər çəkib. Məni Moskvada azərbaycanlılar əlimdə çanta çörək dalınca getdiyimi görəndə, "Ayaz müəllim bu sizsiniz?" deyə təəccüblənirdilər. Deyirdim mənəm. Əvəz-əvəz olmamalı idi. Günahım varsa, onu mənim üzümə deyin, razılaşıb-razılaşmamaq mənim işimdir. Sizin də işiniz ona qiymət verməkdir. Allah mənim vəziyyətimə heç kəsi salmasın”.