Günah bu "virus"da deyil ki... - Balayevdən sərt REAKSİYA

Baxış sayı:
5251

Bunlar adam deyil, virusdur, bakteriyadır.
Muxalifet.az xəbər verir ki, bu sözləri Demokrat.az-a açıqlamasında xalq artisti Rasim Balayev müğənni olduğunu iddia edən Afət Fərmanqızının onu və Flora Kərimova təhqir etməsinə cavab olaraq deyib.
R.Balayev bildirib ki, bir tərəfdən baxanda, o, əcəb edir:
“Onu efirə buraxanlardadır günah! Təqsir onu himayə edənlərdə, efirə buraxanlardadır. Belə adamı nə saytlara, nə də efirlərə buraxmaq lazımdır. Mən bunu dəfələrlə demişəm. Ancaq çox təəssüf ki, mənim fikirlərimi sayan yoxdur. Efirlərdə özbaşınalıq və yiyəsizlik baş alıb gedir. Efirləri açıq qapıya döndəriblər. Kim gəldi, ora buraxırlar. Ona görə də bunlar bu qədər qürrələnir".
R.Balayev Afət Fərmanqızı kimi şəxslərin efirə buraxılmasına görə telekanal rəhbərlərini günahlandırıb:
"Günah onları efirə buraxan telekanalların rəhbərlərindədir. Sizə bir misal çəkim. Bu yaxınlarda məni telekanallardan birində yayımlanan verilişə çağırmışdılar. Mən onlara etirazımı bildirdim. Dedim ki, mən sizin telekanala gəlmək istəmirəm. Çünki orada çox səviyyəsiz verilişlər verirlər. Həmin adam mənə dedi ki, onların verilişə dəvət edilməsi bizlik deyil, həmin verilişləri prodakşnlar aldığı üçün onları da efirə prodakşn çağırır və sairə. Yəni, bugünkü biabırçı reallıq budur. Bu qədər səviyyəsizlik olmaz! Efirlərdə yayımlanan verilişləri prodakşn alır və nə istəyirsə, onu da edir. Axı bu nə qanundur? Efir bu cür yiyəsiz qalıb".