​GÜMRÜDƏ ETİRAZLAR BAŞLADI: Hakim partiya parçalanır

Baxış sayı:
3283

Ermənistanın ikinci böyük şəhəri olan Gümrüdə etiraz aksiyaları başlayıb.
Muxalifət.az xəbər verir ki, etiraz aksiyası Şirak Dövlət Universitetinin qarşısında keçirilir. Etirazçılar universitetin rektoru Saak Minasyanın istefaya getməsini tələb edirlər. Onlar Minasyanın Respublika Partiyasının Şirak vilayəti üzrə rəhbəri olduğunu və öz səlahiyyətlərindən sui-istifadə etdiyini bildirirlər.Erməni saytları etirazın başlanmasına digər bir səbəbin prorektor Anait Farmanyanın qovulmasını göstəriblər. Farmanyanın bir müddət öncə siyasi mövqeyinə görə işdən çıxarılan müəllimləri müdafiə etdiyi üçün qovulduğu bildirilib.
Qeyd edək ki, Anait Farmanyan Respublika Partiyasının deputatı Samvel Farmanyanın bacısıdır./axar.az/