Gülün namizədliyinə qarşı olduğum üçün məni... - PEKŞƏN

Baxış sayı:
7222

Abdullah Gülün prezidentliyə namizədliyinə qarşı çıxdığım üçün məni millət vəkilliyinə namizədlikdən kənarlaşdırdılar.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri CHP-nin Trabzon millət vəkili Haluk Pekşən deyib. Pekşən Gülün namizədliyinə qarşı çıxdıqdan sonra partiyada yüksək vəzifəli bir şəxsin onu sərt şəkildə tənqid edərək, xəbərdarlıq etdiyini qeyd edib:
 “Mənə “bu çıxışınız millət vəkilliyinizə başa gələcək” təhdidi edilmişdi. Bunun nəticələri də tətbiq olundu. Abdullah Gülün prezidentliyinə qarşı çıxdığım üçün kənarlaşdırıldım”.
Xatırladaq ki, Abdullah Gülün namizədlik məsələsi Türkiyədə geniş müzakirə mövzusuna çevrilsə də, sonda açıqlama verən siyasətçi namizəd olmaq istəmədiyini bildirmişdi.