Güləşçimiz erməni dünya çempionunu məğlub etdi və FİNALA YÜKSƏLDİ

Baxış sayı:
881

Gürcüstanın paytaxtı Tbilisidə Vaxtanq Balavadze və Givi Kartoziyanın xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə "Qran-pri" turniri davam edir.

Virtualaz.org bildirir ki, “Qran-pri”nin yarımfinalında Azərbaycan güləşçisi Rafiq Hüseynov (82 kq) erməni rəqibi, dünya çempionu Maksim Manukyana 9:1 hesabı ilə qalib gələrək finala yüksəlib.

Qeyd edək ki, final görüşü sabah keçiriləcək.