​Güləşçimiz 7-ci dəfə Avropa çempionu oldu

Baxış sayı:
4837

Azərbaycanın qadın güləşçisi Maria Stadnik Rusiyanın Kaspiysk şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Muxalifet.az xəbər verir ki, 50 kq çəki dərəcəsində mübarizə aparan güləşçi həlledici görüşdə rumıniyalı Emilia Vucu məğlub edib. O, rəqibini 10:0 hesabı ilə üstələyib. Stadnik bu nəticədən sonra 7-ci dəfə Avropa çempionu olub.
Qeyd edək ki, bu gün həmçinin Səbirə Əliyeva (76 kq) və Tatiana Omelçenko (59 kq) bürünc medal görüşünə çıxacaq.