​Güləşçilərimiz erməniləri darmadağın etdi - Video

Baxış sayı:
5692

Rusiyanın (Dağıstan Respublikasının) Kaspiysk şəhərində güləş üzrə Avropa çempionatında üç sərbəst güləşçimiz 1/4 finalda Ermənistan idmançılarına qalib gəlib.
Muxalifet.az xəbər verir ki, 57 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən Georgi Edişeraşvili Miqran Caburyana 10:0 hesabı ilə qalib gəlib.
79 kq çəki dərəcəsində çıxış edən Cəbrayıl Həsənov isə Varujan Kacoyanı 6:1 yenərək yarımfinala vəsiqə qazanıb.
97 kq-da Nurməhəmməd Hacıyev isə Ermənistanı təmsil edən Georgi Ketoyevdən üstün olub – 3:0.