Güləşçilərimiz Dağıstanda 2 QIZIL MEDAL QAZANIBLAR
31-10-2017 12:30
Dağıstanın Buynaksk rayonunda dövlət xadimi Xizri Şıxsaidovun mükafatı uğrunda sərbəst güləş üzrə 14-cü beynəlxalq turnir keçirilib.
Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, turnirdə iştirak edən sərbəst güləş üzrə yığma komandanın üzvləri 2 qızıl medala sahib olub.
Murtuz Müslümov (74 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) bütün rəqiblərindən üstün olub.