Gülənin erməni keşişə yazdığı məktub aşkara çıxdı - Qondarma “erməni soyqırımı”nı 1965-ci ildən tanıyıbmış!

Baxış sayı:
12291

Muxalifet.az Hurriyyet.org-a istinadən xəbər verir ki, Adanada 15 iyul çevriliş cəhdindən sonra dağılmağa başlanan FETÖ/PDY terror təşkilatını ayaqda saxlamaq üçün toplanan pulları həbsdə olan təşkilat üzvlərinin ailələrinə çatdırdığı irəli sürülən şəxslərə qarşı keçirilən əməliyyat nəticəsində aralarında biznesmenlərin də olduğu 38 nəfər şübhəli saxlanılıb. Şübhəlilərdən N.G. adlı şəxsin evində aparılan araşdırma nəticəsində terrorçuların başçısı Fətullah Gülənin 1965-ci ildə erməni patriarxına “1915-ci ildə ermənilərə qarşı törədilən böyük soyqırımını lənətlə yad etməyə bilmərəm” sözlərini yazdığı məktub aşkara çıxıb. Məktub 1965-ci ildə Kırıklarelindəki bir məscidə vaizlik edən Fətullah Gülənin Türkiyə ermənilərinin patriarxı Şinork Kalustyana yazdığı məktubda FƏTÖ terror təşkilatının başçısının “qondarma erməni soyqırımı”nı tanıdığı görünür. Məktubda deyilir: “1915-ci ildə ermənilərə edilən böyük soyqırımı lənətlə yad etməyə bilmərəm. Öldürülən, qətlə yetirilən insanların içərisində nə qədər böyük insanların olduğunu dərin bir həssaslıqla oxuyur, onları hörmətlə yad edirəm. Böyük peyğəmbərimiz həzrəti İsa əleyhissalamın övladlarının özlərini müsəlman adlandıran cahil insanlar tərəfindən qətlə yetirilməsini şiddətlə qınayıram. Bu minvalla zati-alinizə sonsuz təşəkkürlərimi bildirilir, bu torpaqların dəyərli övladları olan erməni yurddaşlarımızın, yunan vətəndaşlarımızın əziz türk qardaşları ilə daima dinclik və əmin-amanlıq içərisində yaşamalarını ulu tanrıdan diləyirəm”.