​Gülənin Bakıdakı əsas adamı həbs edildi - Təcili

Ötən il iyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhd edən FETÖ-nun Azərbaycanda təşkilatlanmasında mühüm rol oynayan Faruq Yıldız həbs edilib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, Yıldız Türkiyəyə girərkən hava limanında saxlanılıb.
İfadə verdikdən sonra Ankara Ədliyyəsinə gətirilib və məhkəmədən sonra hakim onun həbs edilməsinə qərar verib.
“Milliyyət” qəzeti onun FETÖ-nun Azərbaycandakı əsas adamı olduğunu yazıb.